“Yuventus” klubu qapıçısı ilə müqaviləni yeniləyib | |
İtaliyanın “Yuventus” klubu qapıçısı Karlo Pinsolyo ilə müqaviləni yeniləyib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Qolkiper ilə 2025-ci ilin yayınadək müqavilə imzalanıb. Otuz üç yaşlı futbolçu “Yuventus”un yetirməsi olsa da, bu komandada 5 rəsmi oyuna çıxıb. Əvəzində o, “Peskara”, “Viçentsa”, “Modena”, “Livorno”, “Latina” kimi klublarda icarə əsasında çıxış edib. |
|
Xəbər 103 dəfə oxundu. |
|
|