Azərbaycan birinciliyinə qız ağırlıqqaldıranların yarışı ilə start verilib
Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında yeniyetmələr arasında ağır atletika üzrə Azərbaycan birinciliyinə start verilib.

Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri təmsil edən rekord sayda - 150-yə yaxın atlet iştirak edir.

Körpücük üzərinə ilk olaraq qızlar çıxıblar. Onların yarışı maraqlı idman mübarizəsi şəraitində keçib. Yarışda Nuray Əbilova (40 kq), Malika Bikçuyeva (45 kq), Türkanə Qənbərzadə (49 kq), Nigar Əliyeva (55 kq), Ayişə Əliyeva (59 kq), Aytən Əliyeva (64 kq), Zəhra Niftəliyeva (71 kq), Arzu Qədimova (76 kq), Mələk Hüseynli (81 kq) və Zəhra Qənbərzadə (+81 kq) qalib adını qazanıblar.

Yarışın keçirilməsində məqsəd ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, idmanın bu növünün inkişaf səviyyəsinin müəyyənləşdirilməsi, perspektivli yeniyetmə ağır atletlərin aşkar olunması, yeniyetmə oğlan və qızlardan ibarət yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, beynəlxalq yarışlara hazırlanmasıdır.

Xəbər 266 dəfə oxundu.