“İnter” iki futbolçusu ilə müqaviləni yeniləyəcək | |
İtaliyanın “İnter” klubu iki futbolçusu ilə müqaviləni yeniləyəcək. Yarımmüdafiəçi Hakan Çalhanoğlu və müdafiəçi Alessandro Bastoni ilə yeni müqavilə imzalanacaq. Hakan Çalhanoğlu ilə yeni müqavilənin müddəti 2027-ci, Alessandro Bastoni ilə 2028-ci ilin iyununadək nəzərdə tutulub. Qeyd edək ki, ötən gecə “İnter” İtaliya kuboku yarışlarının finalında “Fiorentina”nı 2:1 hesabı ilə məğlub edib. Hər iki oyunçu start heyətdə meydana çıxıblar. |
|
Xəbər 105 dəfə oxundu. |
|
|