2028-ci ildə ilk dəfə Beynəlxalq Xizək Oyunları keçiriləcək
Beynəlxalq Xizək Federasiyası (FIS) yeni turnir təşkil edəcək.

Dörd ildən bir keçiriləcək Beynəlxalq Xizək Oyunlarının 16 gün davam etməsi nəzərdə tutulub. Turnirdə 100 dəst medal sahibini tapacaq.

Yarış Olimpiya Oyunları və dünya çempionatının keçirilmədiyi illərdə təşkil olunacaq. Oyunların proqramına Paralimpiya idman növlərinin də daxil edilməsi planlaşdırılır.

FIS Oyunlara ev sahibliyi etmək üçün təşkilatçıların sifarişini noyabrın 1-dək qəbul edəcək. 2024-cü ilin yazında isə təşkilatçının adı açıqlanacaq. Yarışa ev sahibliyi üçün ölkələr birlikdə də müraciət edə bilərlər.

Xəbər 132 dəfə oxundu.