Super Liqa təmsilçisinin yeni baş məşqçisi müəyyənləşib
Türkiyənin “Fatih Karagümrük” futbol komandasının yeni baş məşqçisi müəyyənləşib.

Andrea Pirlonu istefaya göndərən Super Liqa təmsilçisini bundan sonra Alparslan Erdem çalışdıracaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məşqçi kimi fəaliyyət göstərən Alparslan Erdem mövsümün qalan hissəsində əsas komandaya müvəqqəti olaraq baş məşqçilik edəcək.

Xatırladaq ki, İstanbul təmsilçisi bu mövsüm topladığı 44 xalla Super Liqanın turnir cədvəlində doqquzuncu pillədə qərarlaşıb.

Xəbər 113 dəfə oxundu.