Türkiyə klubu Andrea Pirlo ilə yollarını ayırıb
Türkiyənin “Fatih Karagümrük” klubu baş məşqçisi Andrea Pirlo ilə yollarını ayırıb.

Bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

İtaliyalı mütəxəssislə müqavilə yenilənməyib.

“Fatih Karagümrük” mövsümün sonuna üç tur qalmış 44 xalla 9-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, Andrea Pirlo 2022-ci ilin yayından Türkiyə təmsilçisini çalışdırırdı. O, 2021/2022-ci il mövsümündə "Yuventus"un baş məşqçisi olub.

Xəbər 98 dəfə oxundu.