“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov dünya ədalətli oyunlar diplomuna layiq görülüb | |
“Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov Beynəlxalq Ədalətli Oyunlar Komitəsi (CIFP) Şurası tərəfindən yüksək mükafata –“Jean Borotra - Karyera” kateqoriyasında dünya ədalətli oyunlar diplomuna layiq görülüb. Ağdam təmsilçisinin baş məşqçisi 2022-ci ildə idman dünyasında ədalətli oyunun təşviqi sahəsində nümunəvi nailiyyətlərin tanınmasına görə təltif olunacaq. Eyni zamanda CIFP-in prezidenti Jenö Kamuti AİJA vasitəsilə baş məşqçiyə məktub göndərib. Mütəxəssis mükafatların təqdimetmə mərasiminə dəvət olunub və gələcək karyerasında uğurlar arzulanıb. Qurban Qurbanov bu mükafata 2022-ci il fevralın 24-də UEFA Konfrans Liqasının 1/16 final mərhələsinin "Qarabağ" - "Marsel" oyunundakı ədalətli jestinə görə layiq görülüb. Xatırladaq ki, ötən il mütəxəssisə CIFP tərəfindən Pyer De Kuberten mükafatı verilib. |
|
Xəbər 103 dəfə oxundu. |
|
|