“Arsenal” yarımmüdafiəçisi ilə müqaviləni yeniləyib
İngiltərənin “Arsenal” klubu hücumameyilli yarımmüdafiəçisi Bukayo Saka ilə müqaviləni yeniləyib.

21 yaşlı futbolçu ilə 2027-ci ilin iyununadək müqavilə imzalanıb.

“Arsenal”ın öz yetirməsi olan Saka indiyədək komandanın heyətində 178 oyuna çıxıb, 37 qol və 40 məhsuldar ötürmə ilə yadda qalıb. O, İngiltərə millisində də 26 oyuna 8 qol vurub.

Xəbər 104 dəfə oxundu.