Gəncə atıcılıq üzrə Avropa çempionatına ev sahibliyi edə bilər
Gəncə şəhərində yeni Olimpiya kompleksinin inşası davam edir. Həmin kompleksdə 12 idman növü üzrə məşqlər keçirilməsi planlaşdırılır. Bu idman növləri arasında atıcılıq da olacaq.

Bu sözləri məxsusi açıqlamasında Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov deyib.

Baş katib qeyd edib ki, kompleksin bu ilin noyabr-dekabr aylarında fəaliyyətə başlaması nəzərdə tutulub. Gələcəkdə Avropa çempionatının Gəncədəki kompleksdə təşkil olunması üçün hər cür şərait yaradılır. Bu istiqamətdə işlər davam edir. İnanırıq ki, həmin kompleks bir sıra nüfuzlu yarışlara ev sahibliyi edəcək.

Xəbər 158 dəfə oxundu.