Basketbol Liqası: “Gəncə” final seriyasının ikinci oyununda qələbə qazanıb
Azərbaycan Basketbol Liqasında final seriyasının ikinci oyunu keçirilib.

Sabah” və “Gəncə” komandaları “Sərhədçi” İdman Mərkəzində üz-üzə gəliblər. Qarşılaşma bölgə təmsilçisinin 78:74 hesablı qələbəsi ilə bitib. Beləliklə, final seriyasında hesab bərabərləşib - 1:1.

Növbəti matç mayın 24-də gerçəkləşəcək.

Çempion üç qələbənin nəticəsinə əsasən müəyyənləşəcək. Üç oyundan sonra qalib bilinməsə, mayın 27-də dördüncü və mayın 30-da beşinci duel baş tutacaq.

Qeyd edək ki, daha əvvəl NTD “AAAF Xırdalan”ı 100:79 hesabı ilə məğlub edərək bürünc medala sahib çıxıb.

Xəbər 120 dəfə oxundu.