Azərbaycan və Argentinanın gənc şahmatçıları arasında yoldaşlıq oyunu keçirilib
Azərbaycanla Argentina arasında diplomatik münasibətlərin qurulmasının 30 illik yubileyi münasibətilə keçirilən tədbirlər davam edir. Tədbirlər çərçivəsində Buenos-Ayres və Bakı şəhərlərində 18 yaşadək şahmatçılar arasında onlayn formatda yoldaşlıq görüşü təşkil olunub.

iki mərhələdən ibarət yoldaşlıq oyununda ölkəmizi Nərmin Abdinova, Səmra Qasımova və Xanım İsmayılova, Şahin Vəliyev, Əhməd Xaqan və Şəmsi Qaraxanov təmsil ediblər.

Yoldaşlıq görüşü ümumi hesabda 7.5/4.5 olmaqla azərbaycanlı şahmatçıların qələbəsi ilə yekunlaşıb. Yekunda qaliblərə mükafatlar təqdim olunub.

Mükafatları gənc şahmatçılarımızın adından Azərbaycanın Argentinadakı səfiri Rəmzi Teymurov qəbul edib.

Qeyd edək ki, Azərbaycan Şahmat Federasiyası ilə Argentina Şahmat Federasiyası arasında əməkdaşlığa dair razılaşma imzalanıb.

Xəbər 125 dəfə oxundu.