Dünya Budo Döyüş Növləri Federasiyasının prezidenti Azərbaycana gələcək
Dünya Budo Döyüş Növləri Federasiyasının prezidenti Eyup Zafer Gökbilen Azərbaycana gələcək.

Eyup Zafer Gökbilen mayın 25-29-da Bakıda keçiriləcək budo döyüş növləri üzrə beynəlxalq turnirin fəxri qonağı olacaq.

Turnirdə Azərbaycan ilə yanaşı, Pakistan, İraq, Tacikistan, Türkiyə, Qırğızıstan, Özbəkistan və Türkmənistandan 300-dək idmançı medallar uğrunda yarışacaq.

Yeniyetmə, gənc və böyüklər arasında təşkil olunacaq turnir “fri kontakt”, “full kontakt” və “submission” qaydaları üzrə baş tutacaq.

Xəbər 148 dəfə oxundu.