Cüdoçularımız Avropa kuboku turnirinin ilk günündə dörd medal qazanıblar | |
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə Avropa kuboku turniri davam edir. Birinci günündə Azərbaycan cüdoçuları 2 qızıl, 1 gümüş və 1 bürünc medal əldə ediblər. Yarışın ilk günündə 6 cüdoçumuz medallar uğrunda mübarizə aparıb. Ruslan Paşayev (66 kq) qızıl medal, Kamran Süleymanov bürünc medal əldə ediblər. Turnirdə 73 kiloqram çəki dərəcəsində final görüşündə iki cüdoçumuz - İbrahim Əliyev və Telman Vəliyev qarşılaşıb. Nəticədə İ.Əliyev qızıl medal qazanıb. Digər cüdoçumuz bürünc medalla kifayətlənib. Avropa kuboku turnirinə bu gün yekun vurulacaq. |
|
Xəbər 122 dəfə oxundu. |
|
|