Gimnastımız Zöhrə Ağamirova Avropa çempionatında çoxnövçülükdə iki alət ilə çıxışını təqdim edib
Bədii gimnastımız Zöhrə Ağamirova Bakıda təşkil olunan Avropa çempionatında çoxnövçülükdə iki alət ilə çıxışını təqdim edib.

Z.Ağamirova lent ilə çıxışına görə 29,800, halqa ilə proqramına görə 29,650 xal alıb. Hesabında 59,450 xal olan gimnastımız hazırda beşinci pillədə qərarlaşıb.

Təmsilçimiz daha iki hərəkətdə - gürzlər və top ilə proqramını icra edəcək.

Çoxnövçülük yarışlarına ukraynalı Polina Karika başçılıq edir. Onun hesabında 62,900 xal var.

“Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparır.

Xatırladaq ki, gənclərdən ibarət qrup komandamız çempionatın ilk günündə çoxnövçülükdə və beş topla yarışlarda bürünc medal qazanıb.

Yarışa mayın 21-də yekun vurulacaq.

Xəbər 105 dəfə oxundu.