Gənc cüdoçularımız İspaniyada Avropa kuboku yarışlarında güclərini sınayacaqlar
Mayın 20-21-də İspaniyanın Malaqa şəhərində gənc cüdoçular arasında Avropa kuboku yarışları keçiriləcək.

Turnirdə 22 ölkədən 318 idmançı iştirak edəcək. Azərbaycan yarışda 6 çəki dərəsində 17 cüdoçu ilə təmsil olunacaq.

Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və məşqçi Elxan Rəcəbli rəhbərlik edəcəklər.

Ölkəmizin idman şərəfini Nizami İmranov, Nurlan Kərimli, Əli Hacıyev, Eltun İmranov, Murad Muradlı (hamısı 60 kq), Samir Piriyev, İslam Rəhimov, Aydın Rzayev, Nicat Nağıyev (hamısı 66 kq), Süleyman Əliyev, Qadir Hüseynov, Vüsal Qələndərzadə (hər üçü 73 kq), Ömər Rəcəbli, Xəyyam Əliyev (hər ikisi 81 kq), Əjdər Bağırov, İsmayıl Zamanov (hər ikisi 90 kq) və Kənan Nəsibov (100 kq-dan yuxarı) qoruyacaqlar.

İdmançılarımız mayın 22-24-də Malaqada təşkil olunacaq beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar.

Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının “B” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Bəhriyyə Hüseynova ədalət təmsilçiləri arasında yer alacaq.

Xəbər 122 dəfə oxundu.