Avropa çempionatı: Gimnastımız Zöhrə Ağamirova lent ilə proqramını təqdim edib
Azərbaycan idmançısı Zöhrə Ağamirova Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında lent ilə proqramını nümayiş etdirib.

Gimnastımızın çıxışı 28,900 xalla qiymətləndirilib və Z.Ağamirova hazırda 16-cı pillədə yer alıb.

Top ilə təsnifat mərhələsinə 32,050 xalla Ukrayna təmsilçisi Viktoriya Onoprienko liderlik edir.

Digər gimnastımız İlona Zeynalova isə 32-ci pillədə qərarlaşıb. O, hakimlərdən 24,400 xal alıb.

“Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparacaq. Fərdi gimnastlar ayrı-ayrı alətlər (top, halqa, gürzlər, lent), komanda hesabı və çoxnövçülük proqramında çıxış edəcəklər. Qrup hərəkətləri üzrə komandalar böyüklər arasında beş halqa, üç lent və iki top ilə yarışlarda güclərini sınayacaqlar.

Xatırladaq ki, gənclərdən ibarət qrup komandamız çempionatın ilk günündə çoxnövçülükdə və beş topla yarışlarda bürünc medal qazanıb.

Yarışa mayın 21-də yekun vurulacaq.

Xəbər 124 dəfə oxundu.