İsrail gimnastı Adi Asya Katz Avropa çempionatının lent ilə təsnifat yarışlarında ilk pillədə yer alıb
İsrail təmsilçisi Adi Asya Katz Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatının lent ilə təsnifat yarışlarında ilk pillədə yer alıb.

Gimnast çıxışına görə, hakimlərdən 30,900 xal alıb.

Digər israilli gimnast Daniela Munits (30,800 xal) və İtaliya idmançısı Milena Baldassarri (30,500 xal) ilk üçlüyü tamamlayıblar.

Yarışda ölkəmizi Zöhrə Ağamirova və İlona Zeynalova təmsil edəcəklər.

“Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparacaq. Fərdi gimnastlar ayrı-ayrı alətlər (top, halqa, gürzlər, lent), komanda hesabı və çoxnövçülük proqramında çıxış edəcəklər. Qrup hərəkətləri üzrə komandalar böyüklər arasında beş halqa, üç lent və iki top ilə yarışlarda güclərini sınayacaqlar.

Xatırladaq ki, gənclərdən ibarət qrup komandamız çempionatın ilk günündə çoxnövçülükdə və beş topla yarışlarda bürünc medal qazanıb.

Yarışa mayın 21-də yekun vurulacaq.

Xəbər 112 dəfə oxundu.