Bədii gimnastlarımız Avropa çempionatında halqa ilə proqramlarını icra ediblər
Bədii gimnastlarımız Zöhrə Ağamirova və İlona Zeynalova Azərbaycan paytaxtında təşkil olunan Avropa çempionatında halqa ilə çıxışlarını təqdim ediblər.

Z.Ağamirova hakimlərdən 32,150, İ.Zeynalova isə 23,900 xal alıblar. Hazırda Z.Ağamirova təsnifat mərhələsində dördüncü, İ.Zeynalova isə 28-ci pillədə qərarlaşıblar.

“Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparacaq. Fərdi gimnastlar ayrı-ayrı alətlər (top, halqa, gürzlər lent), komanda hesabı və çoxnövçülük proqramında çıxış edəcəklər. Qrup hərəkətləri üzrə komandalar böyüklər arasında beş halqa, üç lent və iki top ilə yarışlarda güclərini sınayacaqlar.

Xatırladaq ki, gənclərdən ibarət qrup komandamız çempionatın ilk günündə çoxnövçülükdə və beş topla yarışlarda bürünc medal qazanıb.

Yarışa mayın 21-də yekun vurulacaq.

Xəbər 123 dəfə oxundu.