Avropa çempionatı: Gimnastımız Zöhrə Ağamirova top ilə proqramını təqdim edib
Azərbaycan idmançısı Zöhrə Ağamirova Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında top ilə proqramını nümayiş etdirib.

Gimnastımızın çıxışı 32,550 xalla qiymətləndirilib və Z.Ağamirova hazırda dördüncü pillədə yer alıb.

Top ilə təsnifat mərhələsinə 34,600 xalla Bolqarıstan təmsilçisi Stiliana Nikolova liderlik edir.

“Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparacaq. Fərdi gimnastlar ayrı-ayrı alətlər (top, halqa, gürzlə lent), komanda hesabı və çoxnövçülük proqramında çıxış edəcəklər. Qrup hərəkətləri üzrə komandalar böyüklər arasında beş halqa, üç lent və iki top ilə yarışlarda güclərini sınayacaqlar.

Xatırladaq ki, gənclərdən ibarət qrup komandamız çempionatın ilk günündə çoxnövçülükdə və beş topla yarışlarda bürünc medal qazanıb.

Yarışa mayın 21-də yekun vurulacaq.

Xəbər 118 dəfə oxundu.