“Araz-Naxçıvan” klubu iki futzalçısı ilə yollarını ayırıb
Azərbaycan çempionu “Araz-Naxçıvan” klubu iki futzalçı ilə müqaviləni yeniləməyib.

Söhbət braziliyalı Andreu Varqas və Viktor Poncedən gedir.

Hər iki futzalçı ötən yay komandaya cəlb edilsə də, zədə üzündən mövsümün çox hissəsində komandasına kömək edə bilməyib.

Xəbər 112 dəfə oxundu.