Avropa çempionatı: Bolqarıstanlı gimnast Stiliana Nikolova topla təsnifat yarışlarına liderlik edir
Bolqarıstanlı bədii gimnast Stiliana Nikolova Bakıda keçirilən 39-cu Avropa çempionatında topla təsnifat yarışlarına liderlik edir.

Gimnastın çıxışı 34,600 xalla qiymətləndirilib.

Almaniya təmsilçisi Darya Varfolomeev 33,650 xalla ikinci, digər bolqarıstanlı gimnast Boryana Kaleyn 33,250 xalla üçüncü pillədə qərarlaşıblar.

Yarışda ölkəmizi Zöhrə Ağamirova və İlona Zeynalova təmsil edəcəklər.

“Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparacaq. Fərdi gimnastlar ayrı-ayrı alətlər (top, halqa, gürzlər lent), komanda hesabı və çoxnövçülük proqramında çıxış edəcəklər. Qrup hərəkətləri üzrə komandalar böyüklər arasında beş halqa, üç lent və iki top ilə yarışlarda güclərini sınayacaqlar.

Xatırladaq ki, gənclərdən ibarət qrup komandamız çempionatın ilk günündə çoxnövçülükdə və beş topla yarışlarda bürünc medal qazanıb.

Yarışa mayın 21-də yekun vurulacaq.

Xəbər 112 dəfə oxundu.