Yunanıstanlı gimnastlar: Milli Gimnastika Arenasında çıxış etməkdən həzz alırıq
Avropa çempionatının təşkilatçıları möhtəşəm açılış mərasimi hazırlamışdı. Ümid edirik ki, bu mərasim uzun müddət yaddaşlardan silinməyəcək.

Bu sözləri Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında çıxış edən gənc gimnastlardan ibarət Yunanıstan komandasının üzvləri deyiblər.

Çıxışlarından razı qaldıqlarını bildirən yunanıstanlı gimnastlar qeyd ediblər ki, Milli Gimnastika Arenasında yarışmaqdan həzz alırlar. “İlk dəfədir Bakıya səfər edirik. Avropa çempionatı yüksək səviyyədə təşkil olunub. Azərbaycanlı azarkeşlər möhtəşəmdir. Burada məşq etmək ürəyimizcədir”,-deyə onlar bildiriblər.

Qeyd edək ki, “Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparır. Fərdi gimnastlar ayrı-ayrı alətlər (top, halqa, gürzlər lent), komanda hesabı və çoxnövçülük proqramında çıxış edəcəklər. Qrup hərəkətləri üzrə komandalar böyüklər arasında beş halqa, üç lent və iki top proqramında güclərini sınayacaqlar.

Xəbər 98 dəfə oxundu.