Andorralı gimnastlar: Milli Gimnastika Arenasında çıxışımız zamanı özümüzü əsl ulduz kimi hiss edirik
Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatının şüarı – “Ulduz kimi parla” yarışa çox yaraşır. Şüar çıxış etdiyimiz zal ilə ahəng təşkil edir. Milli Gimnastika Arenasında çıxışımız zamanı özümüzü əsl ulduz kimi hiss edirik.

Bu sözləri gənc gimnastlardan ibarət Andorra komandasının üzvləri deyiblər.

Andorralı gimnastlar bildiriblər ki, Avropa çempionatında iştirak etmək onlar üçün böyük təcrübədir: “Həmçinin burada güclü gimnastların çıxışlarını canlı izləmək imkan əldə edirik. Eləcə də, onlarla tanışmaq imkanımız olur. Milli Gimnastika Arenası möhtəşəmdir. Arenada yarışlara hazırlaşmaq üçün hər cür şərait var”.

Qeyd edək ki, “Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparır. Fərdi gimnastlar ayrı-ayrı alətlər (top, halqa, gürzlər lent), komanda hesabı və çoxnövçülük proqramında çıxış edəcəklər. Qrup hərəkətləri üzrə komandalar böyüklər arasında beş halqa, üç lent və iki top proqramında güclərini sınayacaqlar.

Xəbər 98 dəfə oxundu.