Teymur Rəcəbov: Əgər Maqnusun tituldan imtina etdiyini əvvəlcədən bilsəydim, iddiaçıların turnirində başqa cür oynayardım
Əgər həmin vaxt dünya çempionu olan Maqnus Karlsenin titulunu müdafiə etməkdən imtina etdiyini əvvəlcədən bilsəydim, onda mən 2022-ci ildə iddiaçıların turnirində öz oyunumda nələrisə dəyişdirərdim. Hamı başa düşürdü ki, iddiaçıların turnirində planetin ən güclü şahmatçısı titulu uğrunda mübarizə aparmağa imkan verən təkcə bir yer var idi. Turnirin əvvəlində iki məğlubiyyətdən sonra hiss etdim ki, onun oyununda problemlər mövcuddur.

Bu barədə azərbaycanlı şahmatçı, 2019-cu il Dünya kubokunun qalibi Teymur Rəcəbov Rusiyanın “gazeta.ru” nəşrinə müsahibəsində bildirib.

Azərbaycanlı şahmatçı deyib: “Bu hissiyyat məndə dörd partiyanın ikisini qaralarla uduzduqdan sonra yarandı. Sanki mən super rejimdə idim, diqqətimi oyuna yönəltmişdim, bütün variantları təkrar edirdim. Doğrudur, mən, yumşaq desək, çox da yaxşı fiziki formada deyildim, məsələ onda deyildi ki, qaçmırdım və üzərimə çox yük götürmürdüm. Bütün məsələ onda idi ki, sağlamlığımla bağlı konkret problemlərim var idi. Əgər şahmatın qaydalarına diqqətlə baxsaq, aydın olar ki, sən praktik olaraq bütün həyatını turnirdə keçirirsən və onu sonunadək oynamalısan. Lakin, əlbəttə, fiziki vəziyyət öz təsirini göstərirdi. Buna baxmayaraq, iki məğlubiyyətdən sonra mən daha sərbəst hərəkət etməyə başladım və oyunum alındı, tamamilə başqa şahmat oynamağa nail oldum. Lövhədə baş verənlərə, debütdə olanlara tamamilə başqa cür yanaşmağa başladım, daha cəld oynamağa qərar verdim. Buna qədər isə hər zaman bir mövqe üzərində durub qalır, çoxlu düşünürdüm. Məsuliyyət hissini bir kənara qoydum və anladım ki, heç kim məndən heç nə gözləmir. Mən sərbəst oynamağa başladım, Hikaru Nakamurunu çox maraqlı variantda yaxaladım. Yeri gəlmişkən, bu variant sonra Yan Nepomnyaşi tərəfindən Din Licenə qarşı da istifadə edildi. Hansısa məqamda çempionluq uğrunda matça çıxmağa yaxın idim, amma, əlbəttə, həmin vaxt mən bunu bilmirdim. Maqnusun imtina etməsindən gec xəbər tutdum. Yoxsa mən ikinci yeri tutmaq üçün nəyisə dəyişə bilərdim”.

İddiaçılar turnirinin qalibi ikinci dəfə ard-arda Yan Nepomnyaşi oldu. Bundan sonra Maqnus Karlsen mübarizədən imtina etmək qərarına gəldi və rusiyalı şahmatçı titul uğrunda turnirin iki nömrəli iştirakçısı çinli Din Licenlə oynadı. Nəticədə, tay-brekdə qələbə qazanan Din dünya çempionu oldu.

Xəbər 119 dəfə oxundu.