Gənc gimnastlardan ibarət qrup komandamız Avropa çempionatının finalına yüksəlib
Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət komandamız Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatının finalına yüksəlib.

Gənc gimnastlardan ibarət komandamızın çıxışı beş iplə çıxışı 29,450, beş topla proqramı isə 29 xalla qiymətləndirilib. Komandamız hər iki növdə təsnifat mərhələsini üçüncü pillədə başa vurub və mərhələ adlayıb.

“Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparacaq. Fərdi gimnastlar ayrı-ayrı alətlər (top, halqa, gürzlər lent), komanda hesabı və çoxnövçülük proqramında çıxış edəcəklər. Qrup hərəkətləri üzrə komandalar böyüklər arasında beş halqa, üç lent və iki top, gənclər arasında isə beş ip və beş top proqramında güclərini sınayacaqlar.

Xəbər 109 dəfə oxundu.