Azərbaycan Basketbol Liqasının finalçıları müəyyənləşib
Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində NTD və "Gəncə" komandaları arasında yarımfinal seriyasının üçüncü oyunu keçirilib.

iki əlavə vaxtın oynanıldığı gərgin və prinsipial görüş “Gəncə” klubunun çətin qələbəsi ilə başa çatıb - 106:103.

Matçda ən məhsuldar basketbolçular NTD-dən Londel Kinq (23 xal, 12 ribaund), "Gəncə"dən isə Cared Smol (21 xal, 8 ribaund) olub.

Bu nəticə ilə yarımfinal seriyasını 2:1 hesabı ilə qalib tamamlayan "Gəncə" basketbolçuları finala vəsiqə qazanıblar. Komandanın həlledici oyundakı rəqibi "Sabah" kollektivi olacaq.

Xəbər 172 dəfə oxundu.