Şuşa mötəbər basketbol yarışına ev sahibliyi edəcək
Xəbər verdiyimiz kimi, mayın 20-21-də Astarada qadınlar arasında 3x3 basketbol üzrə dünya qadın seriyasının oyunları keçiriləcək. Turnirdə 3x3 qadın milli komandamızla yanaşı, ikisi klub olmaqla, ümumilikdə, 12 komanda iştirak edəcək.

Astaradan sonra Şuşa və Bakı da mötəbər basketbol yarışlarına ev sahibliyi edəcəklər.

Astarada təşkil olunacaq turnirdə Azərbaycan, Almaniya, Çin, Polşa, Misir, Çexiya, Macarıstan, Rumıniya, Ukrayna və Avstriyanın yığma komandaları, Çinin "Yuanda" və yerli "Neftçi" klubları mübarizə aparacaqlar.

Qeyd edək ki, 3x3 basketbol üzrə dünya qadın seriyasının oyunları Astara şəhər bulvarında keçiriləcək və “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Xəbər 122 dəfə oxundu.