Nağı Səfərov: Dünya çempionatında rusiyalı taekvondoçuların da iştirakı nəzərdə tutulur
Dünya çempionatı bizim üçün xüsusi önəm daşıyır. Demək olar ki, pandemiyadan sonra ölkəmizdə keçiriləcək ən böyük yarışlardan biridir. Çempionatın ölkəmizə həvalə olunması Azərbaycan dövlətinin idman siyasətinə verdiyi dəyərin təzahürü hesab edilir.

Bunu Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov mayın 16-da təşkil olunan mətbuat konfransında deyib.

Vitse-prezident bildirib ki, dünya çempionatı Beynəlxalq Taekvondo Federasiyası üçün böyük əhəmiyyət kəsb edir. Taekvondo üzrə dünya çempionatının keçirilməsi üçün Bakının seçilməsi heçdə təsadüfi deyil. 145 ölkədən 986 idmançı dünya çempionatında iştirak etmək üçün qeydiyyatdan keçib. Dünyanın bir çox ölkəsindən məşhur taekvondoçular dünya çempionatında iştirak üçün ölkəmizə gələcəklər. Dünya çempionatında rusiyalı idmançıların da iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, dünya çempionatı mayın 29-dan iyunun 6-dək təşkil olunacaq. On altı çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Turnirin qalibi olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.

Xəbər 109 dəfə oxundu.