Azərbaycan atleti İtaliyada keçirilən Qran-Pridə uzunluğa tullanmada ikinci yerə sahib çıxıb
Milli Paralimpiya Komitəsinin atletika üzrə milli komandasının üzvü, Orxan Aslanov İtaliyanın Yesolo şəhərində keçirilən Qran-Pridə uzunluğa tullanma növündə 6,19 metr nəticə göstərərək ikinci yerə sahib çıxıb.

O.Aslanov bu nəticə ilə cari ilin iyul ayında Fransanın paytaxtı Parisdə keçiriləcək atletika üzrə dünya çempionatına lisenziya əldə edib.

Xəbər 169 dəfə oxundu.