Beynəlxalq basketbol turnirində finalçılar müəyyənləşib
Mayın 14-də Elm və Təhsil Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə “Sərhədçi” İdman Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq basketbol turnirinin yarımfinal oyunları keçirilib.

ilk yarımfinal görüşündə "LDU" (Rusiya) rəqibi "TTU" (Türkmənistan) kollektivinə 106-65 hesabı ilə qalib gələrək ilk finalçı olub. İkinci yarımfinal oyununda "AzTU" tələbələri "ADBTİA" komandasına 59-53 hesabı ilə qalib gəlib və ikinci finalçı olub.

Qeyd edək ki, mayın 15-də saat 12:00-da 3-cü yer uğrunda oyun ("ADBTİA" - "TTK"), saat 14:30-da isə final oyunu ("LDU" - "AzTU") reallaşacaq.

Xəbər 136 dəfə oxundu.