Bu gün Bakıda “Sabah” və “Beşiktaş” arasında xeyriyyə oyunu keçiriləcək
Bu gün Bakının “Sabah” və Türkiyənin “Beşiktaş” futbol klubları arasında xeyriyyə oyunu keçiriləcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matçı baş hakim Tural Qurbanov idarə edəcək. Ona Vüsal Məmmədov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə İnqilab Məmmədov yerinə yetirəcək.

Oyuna saat 18:00-da start veriləcək.

Qeyd edək ki, matçdan əldə olunacaq gəlirlərin hamısı Türkiyədə zəlzələdən zərər görmüş insanlara yardım üçün göndəriləcək.

Xəbər 120 dəfə oxundu.