Avropa Liqası və Konfrans Liqasında həftənin futbolçuları məlum olub
UEFA Avropa Liqası və Konfrans Liqasında yarımfinal mərhələsinin ilk matçlarından sonra həftənin ən yaxşı futbolçuları məlum olub.

Avropa Liqasında bu ada İspaniyanın "Sevilya" klubunun futbolçusu İvan Rakitiç, Konfrans Liqasında isə İngiltərənin "Vest Hem" komandasının oyunçusu Səid Benrahma layiq görülüb.

Xorvatiyalı yarımmüdafiəçi İ.Rakitiç səsvermədə İtaliyanın "Roma" komandasının futbolçusu Nemanya Matiç və Edmond Tapsobanı və "Yuventus"dan Federiko Qattini qabaqlayıb. Əlcəzairli hücumçu S.Benrahma isə səsvermədə komanda yoldaşı Deklan Raysı, İtaliya "Fiorentina"sının oyunçusu Kristiano Biraqini və İsveçrə "Bazel"indən Andi Diufu arxada qoyub.

Xəbər 127 dəfə oxundu.