Dünya çempionatı: Cüdoçumuz Zelim Kotsoyev üçüncü yer uğrunda görüşə çıxacaq
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq.

Çempionatda 100 kiloqram çəki dərəcəsində çıxış edən Z.Kotsoyev serbiyalı Aleksandar Kukolya, Avstriya idmançısı Aaron Far və Peter Palçikə (İsrail) qalib gələrək yarımfinala yüksəlib.

Cüdoçumuz yarımfinalda çexiyalı cüdoçu Lukaş Krpaleklə qarşılaşıb. Görüşün əsas vaxtında hesab açılmayıb. Qızıl xal bölümündə qayda pozuntusuna yol verən Azərbaycan təmsilçisi finala çıxmaq şansını itirib. O, üçüncü yer uğrunda qarşılaşmada İlia Sulamanidze (Gürcüstan) ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan millisi hələ çempionatda medal hesabını aça bilməyib. Dünya çempionatı mayın 14-də başa çatacaq.

Xəbər 108 dəfə oxundu.