Mayami Qran-Prisinin promouteri yürüş tarixinin dəyişməsi ehtimalını dəyərləndirib
Formula 1 logistikanı “bloklar” şəkilində yürüşlər hesabına optimallaşdırmaq üçün təqvimin yenidən tərtibi imkanlarını nəzərdən keçirir. Bu, eyni zamanda, karbon izini də azaltmağa imkan verəcək. Bununla yanaşı, Mayami Qran-Prisinin promouteri Tom Qarfinkel əmindir ki, onun mərhələsinin vaxtı dəyişməyəcək və yürüşün mayın əvvəlində keçirilməsi ənənəsi davam edəcək.

“RacingNews365” Tom Qrafinkelin aşağıdakı sözlərini sitat gətirib: “Bizim təqvimdəki yerimiz “Hard Rock Stadium”un il ərzində qəbul etdiyi idman hadisələri səbəbindən sabitdir. Aydındır ki, biz payızda yürüşə ev sahibliyi edə bilmərik, çünki həmin mövsümdə futbol matçları var, martın sonunda istirahət günləri tennis turniri keçirilir. Ona görə də Mayami Qran-Prisinin vaxtı dəyişdirilə bilməz.

Formula 1-in elədikləri onun əldə etməyə çalışdığı öz maraqlarına, prioritetlərinə və məqsədlərinə uyğundur. Onların təqvimin tərtibi zamanı nəzərə almalı olduqları bir çox digər faktorlar, o cümlədən “Hard Rock Stadium”da keçirilən tədbirlərin yetərincə sıx qrafiki var”.

Xəbər 163 dəfə oxundu.