“Sabah” – “Beşiktaş” oyununa hakim təyinatları açıqlanıb
“Sabah” – “Beşiktaş” oyununa hakim təyinatları açıqlanıb.

Qardaşlıq oyununun baş hakimi Tural Qurbanov olacaq. Ona Vüsal Məmmədov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə İnqilab Məmmədov yerinə yetirəcək.

"Sabah" - "Beşiktaş" matçı mayın 13-də, saat 18:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Matçdan əldə edilən bütün gəlir Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək.

Xəbər 117 dəfə oxundu.