“Zirə” – “Kəpəz” matçı ilə Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
Bu gün Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək.

Turun açılış oyununda “Zirə” klubu “Kəpəz”i qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq. Oyun baş hakim Fərid Hacıyevə tapşırılıb.

Hazırda Bakı klubu 45 xalla turnir cədvəlində beşinci, “Kəpəz” isə 29 xalla yeddinci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun "Qəbələ" - "Turan Tovuz" və "Səbail" - "Qarabağ" oyunları mayın 13-də, "Neftçi" - "Şamaxı" matçı mayın 14-də, "Sumqayıt" - "Sabah" qarşılaşması isə mayın 17-də keçiriləcək.

Xəbər 125 dəfə oxundu.