UEFA Çempionlar Liqasının finalı İstanbulda keçirilməyə bilər
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Portuqaliyanın Futbol Federasiyası ilə Çempionlar Liqasının finalının İstanbuldan başqa şəhərə keçirilməsi məsələsini müzakirə edib.

UEFA Türkiyədə keçiriləcək seçkilərlə bağlı mümkün iğtişaşlardan ehtiyatlanır. Bu səbəbdən təşkilatın rəhbərliyi Çempionlar Liqasının finalının başqa şəhərə keçirilməsi məsələsini Portuqaliyanın Futbol Federasiyası ilə qeyri-rəsmi müzakirə edib. Qəzetin məlumatına görə, təşkilat finalın Türkiyədə keçirilməsində israrlıdır.

UEFA buna qədər koronavirus pandemiyası səbəbindən Çempionlar Liqasının finalını iki dəfə - 2020-ci və 2021-ci illərdə İstanbuldan müvafiq olaraq Lissabona və Portuya keçirmişdi. Bu il final oyununun iyunun 10-da İstanbulda keçirilməsi planlaşdırılır.

Xəbər 129 dəfə oxundu.