Cüdoçumuz Zelim Kotsoyev dünya çempionatında mübarizəyə başlayır
Bu gün Azərbaycanın daha bir cüdoçusu Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

Çempionatda 100 kiloqram çəki dərəcəsində yarışacaq Zelim Kotsoyev 1/16 final mərhələsində Aleksandar Kukolya (Serbiya) - Akobir Abubakri (Tacikistan) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan millisi hələ çempionatda medal hesabını aça bilməyib. Dünya çempionatı mayın 14-də başa çatacaq.

Xəbər 141 dəfə oxundu.