Avropa Liqası: “Yuventus”dan heç-heçə, “Roma”dan minimal hesablı qələbə
UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Oyunlara İtaliya ev sahibliyi edib.

“Yuventus” klubu Turində İspaniyanın “Sevilya” komandasını qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Meydan sahiblərinin heyətində Federiko Qatti, rəqib komandadan isə Yussef En-Nesyri fərqləniblər.

Digər oyunda “Roma” və Almaniyanın “Bayer” klubları üz-üzə gəliblər. Görüş “Roma”nın minimal hesablı qələbəsi ilə başa çatıb -1:0. Matçda yeganə qolu Edoardo Bove vurub.

Komandalar arasında cavab oyunları mayın 18-də olacaq.

Xəbər 102 dəfə oxundu.