Futzal üzrə Yüksək Liqa: Finalda “Araz-Naxçıvan” “Neftçi”yə qarşı
AFFA İntizam Komitəsinin qərarından sonra yarımfinal seriyasında ikinci qələbəsini reallaşdıran “Araz-Naxçıvan” futzal klubu Yüksək Liqanın finalına vəsiqə qazanıb.

Son çempion həlledici qarşılaşmada “Neftçi” ilə qarşılaşacaq.

Üçüncü yer uğrunda oyunda “Baku Fire” və “Record club” komandaları üz-üzə gələcəklər. Oyunlar mayın 15-də keçiriləcək.

Qeyd edək ki, mayın 8-də yarımfinal seriyası çərçivəsində keçirilməsi nəzərdə tutulan “Record club” – “Araz Naxçıvan” oyununda “Record club” təyin olunan vaxtda oyuna gəlməyib. Matç baş tutmadığı üçün AFFA İntizam Komitəsi “Record club” klubuna 0:5 hesablı texniki məğlubiyyət verib.

Xəbər 124 dəfə oxundu.