Üçüncü Avropa Oyunları: Çimərlik futbolu üzrə millimizin rəqibləri müəyyənləşib
Bu gün “Krakov-2023” üçüncü Avropa Oyunlarının çimərlik futbolu üzrə yarışının püşkatma mərasimi keçirilib.

Millimiz A qrupunda Polşa, Portuqaliya və İspaniya yığmaları ilə birgə mübarizə aparacaq.

Qeyd edək ki, üçüncü dəfə təşkil olunacaq Avropa Oyunları ilk dəfə 2015-ci ildə Bakıda keçirilmişdi.

Xəbər 111 dəfə oxundu.