Su poloçularımız Misirdə iki medal qazanıblar
Azərbaycanın su polosu üzrə yeniyetmələrdən ibarət müxtəlif yaş qruplarında komandaları Misirin paytaxtı Qahirədə keçirilən klublararası beynəlxalq turnirdə uğurla çıxış ediblər.

2009-2010-cu il təvəllüdlü idmançılardan ibarət komandamız bütün rəqiblərinə qalib gələrək turnirin qalibi olub.

2008-ci il təvəllüdlü yeniyetmələrdən ibarət komandamız isə yarışın gümüş mükafatını əldə edib.

Xəbər 133 dəfə oxundu.