“Trabzonspor” yarımmüdafiəçisi Naci Ünüvarla yollarını ayırıb
Türkiyənin “Trabzonspor” futbol klubu yarımmüdafiəçisi Naci Ünüvarla yollarını ayırıb.

19 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Futbolçu cari mövsümün əvvəlində Niderlandın “Ayaks” komandasından icarə əsasında “Trabzonspor”a keçmişdi.

Gənc futbolçu Trabzon klubunda cəmi 12 oyuna çıxıb, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər 131 dəfə oxundu.