Millimizin sabiq üzvü cari mövsümün sonunda “Erzgebirge”ni tərk edəcək
Azərbaycan millisinin sabiq üzvü Dmitri Nazarov cari mövsümün sonu Almaniya Üçüncü Bundesliqa təmsilçisi “Erzgebirge”ni tərk edəcək.

Bu barədə 33 yaşlı yarımmüdafiəçi özü bildirib. O, Aue təmsilçisi ilə iyunun 30-da başa çatacaq müqaviləni yeniləməyəcəyini vurğulayıb.

Qeyd edək ki, D.Nazarov 2016-cı ildən "Erzgebirge"də oynayır. O, indiyədək 2017 matçda 48 qol vurub, 21 qolun ötürməsini edib.

Xəbər 116 dəfə oxundu.