Paralimpiya çempionlarımız İtaliyada güclərini sınayacaqlar
İki paraatletimiz İtaliyanın Cesolo şəhərində keçiriləcək Qran-pri yarışında iştirak edəcək.

Atletika üzrə Paralimpiya çempionları Orxan Aslanov və Lamiyə Vəliyeva adıçəkilən turnirdə mübarizə aparacaqlar.

Turnir mayın 12-dən 15-dək keçiriləcək.

Qeyd edək ki, Qran-pri bu ilin iyulunda Parisdə keçiriləcək dünya çempionatına lisenziya qazandırır.

Xəbər 170 dəfə oxundu.