Bundesliqa klubu baş məşqçisi ilə müqaviləni yeniləyib
Almaniyanın “Köln” futbol klubu baş məşqçisi Şteffen Baumqart ilə müqaviləni yeniləyib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Mütəxəssislə 2025-ci ilin yayınadək müqavilə imzalanıb. Ş.Baumqart ilə əvvəlki müqavilə 2024-cü il iyunun 30-dək nəzərdə tutulmuşdu.

Qeyd edək ki, Baumqart 2021-ci ildən “Köln”ü çalışdırır. Komanda hazırda 38 xalla Bundesliqanın turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.

Xəbər 107 dəfə oxundu.