Azərbaycan futbolçusu Rüfət Dadaşov Almaniyada klubunu dəyişib
“Şalke-2” klubunda çıxış edən Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Dadaşov Almaniyada klubunu dəyişib.

Hücumçu Berlinin “Dinamo” komandasına keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Onunla imzalanan müqavilənin detalları açıqlanmayıb. "Dinamo" Almaniyanın Şimal-Şərq Regional Liqasında mübarizə aparır.

Qeyd edək ki, R.Dadaşov 2017-2018 mövsümündə də "Dinamo"da çıxış edib və 29 oyuna 29 qolla komandanın bombardiri olub.

Xəbər 123 dəfə oxundu.