“Nant” baş məşqçisi Antuan Kombuare ilə yollarını ayırıb
Fransanın “Nant” futbol klubu baş məşqçisi Antuan Kombuare ilə yollarını ayırıb.

Mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Komandaya bu mövsümün sonunadək Pyer Aristui baş məşqçi təyin olunub. Ona “Nant”ı ölkənin elit divizionunda saxlamaq tapşırılıb.

Qeyd edək ki, 34 turdan sonra "Nant" Fransa çempionatında 17-cidir.

Xatırladaq ki, P.Aristui daha əvvəl "Nant"ın gənclər komandasını çalışdırıb.

Xəbər 121 dəfə oxundu.