Cüdoçumuz Səid Mollayi dünya çempionatında mübarizəyə başlayır
Azərbaycan cüdoçusu Səid Mollayi Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında mübarizəyə başlayır.

Çempionatda 81 kiloqram çəki dərəcəsində çıxış edəcək S.Mollayi 1/16 final mərhələsində Aleks Barto (Slovakiya) - Fransua Qotyer Drapau (Kanada) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan millisi hələ çempionatda medal hesabını aça bilməyib. Dünya çempionatı mayın 14-də başa çatacaq.

Xəbər 143 dəfə oxundu.