“Barselona” qapıçısı İnyaki Penya ilə müqaviləni yeniləyib
İspaniyanın "Barselona" futbol klubu qapıçısı İnyaki Penya ilə yeni müqavilə imzalayıb.

Futbolçu ilə 2026-cı ilin yayınadək müqavilə imzalanıb. İyirmi dörd yaşlı qapıçının satış qiyməti 400 milyon avro dəyərində müəyyənləşdirilib.

Qeyd edək ki, "Barselona" akademiyasının yetirməsi olan İ.Penya 2021-2022 mövsümündə "Qalatasaray"a icarəyə verilmişdi.

Xəbər 129 dəfə oxundu.